İsraildən İrana sərt xəbərdarlıq

İsraildən İrana sərt xəbərdarlıq

İsrailin Baş Naziri sərt bəyanatla çıxış edib

 

“İsraili təhlükə, ya da yox olmaqla təhdid edənlər əslində, özlərini  təhlükəyə atırlar”.

 

AYNA xəbər verir ki, bu barədə İsrailin Baş Naziri Benyamin Netanyahu bildirib.

 

İsrail İctimai Yayım Agentliyinin sosial şəbəkələrdə yazdığı açıqlamaya görə, Netanyahu İsrailin hər hansı bir təhdidə hazır olduğunu, lakin bunu sınamağı heç kimə tövsiyə etmədiyini vurğulayıb.

 

Qeyd edək ki, İranın Ali dinii lideri Əli Xamenei bir neçə gün öncə İsrail haqqında: “Sionist rejimi ölümcül xərçəngdir və bu, bölgə üçün zərərlidir. Şübhəsiz ki, onlar məhv ediləcək” deyərək səs-küy yaratmışdı

Müəllif: Mərahim Nəsib      23 May 2020 11:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin