Tramp koronavirus peyvəndi üçün 3 aylıq maaşını ianə edib

Tramp koronavirus peyvəndi üçün 3 aylıq maaşını ianə edib

Tramp peyvəndin hazırlanması üçün 100 min dollar ayırıb

 

ABŞ Prezidenti Donald Tramp COVID-19-a qarşı dərmanın hazırlannması üçün üç aylıq maaşını ayırıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, o, peyvəndin hazırlanması üçün 100 min dollar məbləğində ianə edib. Pul Səhiyyə Nazirliyinə və sosial xidmətlərə koronavirusun müalicəsi və qarşısının alınması məqsədi ilə yeni dərmanların hazırlanmasında səylərin dəstəklənməsi üçün göndərilib.

 

Bundan əvvəl də, dövlət başçısı 2019-cu ilin dördüncü rübündə koronavirusla mübarizəyə öz əmək haqqısını vermişdi.

Müəllif: Ayna.az      23 May 2020 08:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin