Paytaxt derbisi darmadağınla bitib

Paytaxt derbisi darmadağınla bitib

Tamaşaçısız keçirilən paytaxt derbisində “Herta” “Union”u qəbul edib

 

Almaniya Bundesliqasında XXVII tur başlayıb.

 

AYNA-nın Apasport.az-a istinadən saytının məlumatına görə, turun ilk günündə bir matç keçirilib.

 

Günün yeganə qarşılaşması Berlində baş tutub. Tamaşaçısız keçirilən paytaxt derbisində “Herta” “Union”u qəbul edib. Oyun koronavirus pandemiyasının qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə start götürüb.

 

Turnir cədvəlindəki qonşuların duelinin ilk 45 dəqiqəsi qolsuz bitib. Berlin derbisinin taleyi ikinci hissədə həll olunub. Fasilədən sonra dörd qol vuran “Herta” darmadağın sayəsində bir pillə irəliləməyi bacarıb.

 

Qeyd edək ki, turun digər oyunları mayın 23-24-də keçiriləcək.

 

Almaniya Bundesliqası
XXVII tur
22 may
“Herta” – “Union” – 4:0
İbişeviç, 51, Lukebakio, 52, Kunya, 62, Boyata, 77

Müəllif: Ayna.az      23 May 2020 03:42
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin