Azərbaycan beynəlxalq uçuşların bərpasına dair proqram hazırlayır

Azərbaycan beynəlxalq uçuşların bərpasına dair proqram hazırlayır

İbrahim Məmmədov: “Proqramın iyunun 15-ə qədər hazırlanacağı gözlənilir”

 

Rusiya-Azərbaycan sərhədinə bizim həmvətənlərimizin toplaşması ilə bağlı məlumat var və bu, hər iki dövlətin hüquq mühafizə orqanlarının nəzarətindədir. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın bugünkü brifinqində NK-nın mətbuat katibi İbrahim Məmmədov deyib.

 

“Bildiyiniz kimi, mayın 19-da 120 nəfər azərbaycanlı ölkəyə gətirilib. Amma bu, karantin zonalarının infrastrukturu və fiziki imkanlarından da asılıdır ki, biz nə qədər vətəndaşı ölkəyə daxil edə bilərik. Lakin bununla belə, “evəgedirəm” portalı üzrə növbəti həftədə Moskvadan Azərbayacana reys gözlənilir. Ona görə də vətəndaşlara müraciət edirik ki, sözügedən portal üzərindən ölkəyə gəlsinlər. Ki, bu, həm təhlükəsiz, həm də rahatdır. Çünki bu cür toplaşmalar virusa yoluxmaq baxımından onların özləri üçün də təhlükəlidir”, - o bildirib.

 

NK sözçüsü əlavə edib ki, bütövlükdə sərhədlərin açılması və beynəlxalq uçuşlarla bağlı xüsusi proqram hazırlanır: “Ona görə də başqa ölkələrdə olan vətəndaşlarımız həyəcan keçirməsinlər və sərhədlərə toplaşmasınlar. Bu proqramda hansı ölkələrlə, nə zaman, hansı qrafiklə uçuşlar olacağı barədə məqamlar öz əksini tapacaq. Bununla belə, proqramın iyunun 15-ə qədər hazırlanacağı gözlənilir”.

Müəllif: Ayna.az      22 May 2020 18:55
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin