Virusa yoluxmayanlara SMS gələcək

Virusa yoluxmayanlara SMS gələcək

Bu şəkildə cavab almayanlar “qaynar xətt”ə müraciət etməlidirlər

 

“COVID-19 üçün test edilən, ancaq neqativ cavab alanlara SMS vasitəsilə cavab gəlir. Əgər bu şəkildə cavab alınmırsa, bizim “qaynar xətt”ə müraciət edə bilərlər”.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifiqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

 

“Əgər neqativ cavabla bağlı arayışa ehtiyacı olanlar varsa, onlar yerli və qeydiyyatda olduqları poliklinikalara müraciət edib həmin sənədi ala bilərlər”, - o bildirib.

Müəllif: Ayna.az      22 May 2020 18:32
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin