Bakı Putinin Dağıstanla bağlı fərmanına necə reaksiya verəcək?

Bakı Putinin Dağıstanla bağlı fərmanına necə reaksiya verəcək?

Bundan sonra Azərbaycan hökuməti təcili xarakterli qərarlar qəbul etməli olacaq

 

Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyi, Rusiya Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinə, epidemioloji tədbirlərə məruz qalan vətəndaşların geri qayıtması mexanizmi ilə bağlı Azərbaycanla işləmək barədə tapşırıq verib.

 

“Rusiya Federasiyası Daxili İşlər Nazirliyinə, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə, Dağıstan Respublikası Hökumətinin iştirakı ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinə, keçidin təşkili məqsədilə Azərbaycan Respublikasının səlahiyyətli orqanları ilə operativ qarşılıqlı fəaliyyət mexanizmi yaratmaq üçün göstəriş verilib. Rusiya Federasiyası vətəndaşları və Rusiya Federasiyasındakı Azərbaycan-Rusiya hissəsində Azərbaycan Respublikası vətəndaşları tərəfindən yeni növ koronavirus infeksiyasının (COVID-19) yayılması ilə əlaqədar Rusiya Federasiyasında əhalinin sanitariya-epidemioloji rifahının təmin edilməsi tədbirlərinə riayət edilməsi nəzərdə tutulur”, - deyə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.

 

Tapşırığın icrasına cavabdeh olan komissiya bununla bağlı hesabatı 31 may 2020-ci ilə qədər təhvil verməlidir.

 

Rusiya Prezidentinin belə bir sərəncam imzalamasının əsas səbəbi Dağıstanda koronavirusla bağlı yaranan çətin vəziyyətdir. Putin bu yaxınlarda qeyd edib ki, Dağıstanda çox sayda koronavirus infeksiyası və xəstəliyin ağır halları meydana çıxıb və bunlar özünü müalicə etmək cəhdlərindən, habelə həkimlərə gec müraciət etmək səbəbindən baş verir: “İnsanlar deyirlər ki, lazımi tibbi yardım hər zaman olmur və hər yerdə vaxtında və tam şəkildə almaq mümkün deyil. Eyni zamanda, mütəxəssislərin fikrincə, bölgə sakinləri arasında ciddi fəsadların yaranmasının əsas səbəbləri xəstələrin tibbi yardım üçün gec müraciət etməsi, həmçinin evdə özünü müalicə etməsidir”.

Владимир Путин поздравил Ильхама Алиева - Report.az

Rusiya Prezidentinin Dağıstanla bağlı xüsusi bəyanatından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı arasında telefon danışığı baş tutub. Bu müddətdə dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıblar, qarşılıqlı əlaqli şəkildə bu istiqamətdə davam etdirilən işlər barədə fikir mübadiləsi aparılıb, sərhəd keçidlərindəki tədbirlər barədə məlumatlar verilib. Prezidentlər arasındakı telefon danışığının nəticəsi o oldu ki, ertəsi gün 100 Azərbaycan vətəndaşı ölkə sərhədini keçə bildi.

 

Müxtəlif müstəqil jurnalistlərin, ekspertlərin, eləcə də Dağıstan ictimaiyyətinin fikrincə, bu respublikadakı vəziyyət həqiqətən acınacaqlıdır. Maraqlıdır ki, epidemiya bütün şəhərlərdə yayılmadı, bunun əksinə olaraq, ucqar dağ kəndlərində peyda oldu, hansı ki, oralarda tibb müəssisələri yoxdur. Bundan əlavə, əslində xəstəxanalarda yer məhdudiyyəti olduğundan, xeyli sayda insan evdə özünü müalicə etməli olub ki, bu da infeksiyanın Dağıstanda yüksək ölüm hallarına səbəb olması ilə nəticələnib. Üstəlik, Rusiyanın bu bölgəsində statistikanın necə aparıldığını diqqət yetirmək lazımdır. Belə ki, Dağıstanda ölənlərin əksəriyyətinin ölüm səbəbi kimi koronavirus deyil, sətəlcəm göstərildi.

 

Rusiya ilə sərhəddə olan azərbaycanlıların problemləri barədə dəfələrlə yazmış və vəziyyətin nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq etmişik. Narahatlığımıza əsas səbəb odur ki, Dağıstanda virus yayılır, Azərbaycan isə hələ də sərhəddə toplaşan vətəndaşları ilə necə davranmaq, hamını bir anda necə qəbul etmək və karantinə almaq barədə düşünür.

 

İndi Rusiya Prezidentinin fərmanından sonra Azərbaycan hökuməti təcili xarakterli qərarlar qəbul etməli olacaq. Vətəndaşlarımızın təhlükəsizliyi üçün sərhəddəki mövcud problemə adekvat tədbirlər görmək vacibdir. Anlamaq lazımdır ki, Dağıstandakı mövcud vəziyyətdə azərbaycanlılara dəstək göstərən, onları qoruyan və müalicə edən kimsə yoxdur. Adamların başları özlərinə qarışıb. Vaxt isə gedir ...

Müəllif: Nicat Hacıyev      23 May 2020 18:06
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin