TƏBİB rəhbəri koronavirusun əlamətlərindən danışıb

TƏBİB rəhbəri koronavirusun əlamətlərindən danışıb

Ramin Bayramlı: “Xəstəlik aşağı tənəfüs yollarına endikcə, onun klinik əlamətləri və ağciyərdə ciddi zədələnmə halları meydana çıxa bilir”

 

Yoluxma hallarının bir çoxu evdə özünü müalicə etmə cəhdləri ilə bağlıdır. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

 

“Elmi-statistik nəticələr onu deməyə əsas verir ki, xəstəliyin ilkin yoluxma periodunun ardından yuxarı tənəfüs yollarından əldə olunmuş biomaterialda nəticə pozitiv çıxır. Bir az sonra isə xəstəlik aşağı tənəfüs yollarına endikcə, xəstəliyin klinik əlamətləri və ağciyərdə ciddi zədələnmə əlamatləri meydana çıxa bilir”, - o bildirib.

 

“Amma yuxarı tənəfüs yollarından götürülən nümunələr neqativ nəticələr verir və aşağı yollarda olan infeksiyanı aşkar etmək üçün isə bronxoskopiya vasitəsi ilə ağciyərdən müayinənin götürülməsinə ehtiyac yaranır ki, bu da çox çətin müayinədir. Belə hallarda nəticələri pozitiv çıxmayan, amma klinik simptomları COVID-19-a bənzəyən hallar müəyyən edilib ki, son günlər bu cür xəstələrin sayı çoxalıb. Lakin bunlar COVID-19 xəstələridir, yoxsa başqa bir pnevmaniyadır - bunu araşdırmaq üçün də müayinələr aparırıq”, - Bayramlı vurğulayıb.

Müəllif: Ayna.az      22 May 2020 18:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin