İyunda toylara icazə verilib-verilməyəcəyinə rəsmi cavab

İyunda toylara icazə verilib-verilməyəcəyinə rəsmi cavab

Ramin Bayramlı: “Hazırda 10 nəfərdən artıq insanın kütləvi toplanması qadağandır”

 

Toy və digər kütləvi tədbirlərin, bu tipli məclislərin təşkil edilməsi iyun ayında da nəzərdə tutulmur. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

 

“Hazırda 10 nəfərdən artıq insanın kütləvi toplanması qadağandır, bunun real epidemioloji səbəbləri var. İyun ayında vətəndaşlarımıza bunu tövsiyə etmirik”, - o bildirib.

Müəllif: Ayna.az      22 May 2020 18:01
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin