“Karantin rejimi olduğu kimi qalacaq” - İbrahim Məmmədov

“Karantin rejimi olduğu kimi qalacaq” -     İbrahim Məmmədov

“Yaranmış situasiya karantin rejimini sərtləşdirmək üçün əsas vermir”

 

Nazirlər Kabineti (NK) yanında Operativ Qərargah son günlər ərzində baş verən prosesləri bütövlükdə müzakirə və təhlil edib. Ümumi rəy ondan ibarət olub ki, yaranmış situasiya karantin rejimini sərtləşdirmək üçün əsas vermir.

 

AYNA xəbər verir ki, bunu Operativ Qərargahın brifinqində NK-nın mətbuat katibi İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, başqa ölkələrdə yumşalmadan sonra sərtləşməyə dönüşlər olsa da, Nazirlər Kabineti yanında Operativ Qərargah sərtləşməyə qayıtmağı zəruri hesab etmir.

 

“Bununla belə, karantin rejiminin daha da yumşaldılması və tamamilə ləğv edilməsi də hələlik mümkün hesab edilmir. Ona görə də vəziyyət olduğu kimi qalır. Yaxın günlərdə isə bu barədə yekun qərar elan olunacaq”, - Məmmədov bildirib.

Müəllif: Ayna.az      22 May 2020 17:24
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin