BMT COVID-19 dezinformasiyalarına qarşı mübarizəyə başlayır

BMT COVID-19 dezinformasiyalarına qarşı mübarizəyə başlayır

Baş katib: “Cəmiyyəti yalan, qorxu və nifrət dolu məlumatları nəql edənlərə təslim etməməliyik”

 

Birləşmiş Millətlər Təşkilatı COVID-19-la əlaqədar artmaqda olan dezinformasiyaya qarşı mübarizə aparmaq üçün etibarlı, dəqiq məlumatların həcmini çoxaltmaqla ‘Verifed’ (yoxlanmış) adlı qlobal kampaniyaya başlayıb.

 

BMT-nin Bakı AYNA-ya verilən xəbərə görə, təşəbbüsü təqdim edən BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, cəmiyyəti yalan, qorxu və nifrət dolu məlumatları nəql edənlərə təslim etməməliyik: “Dezinformasiya onlayn məkanda, ünsiyyət proqramları və insanların bir-birinə ötürməsi nəticəsində geniş yayılmaqdadır. Bu kimi məlumatların müəllifləri cəlbedici məhsullardan və yayma metodlarından istifadə edirlər. Buna qarşı mübarizə aparmaq

üçün alimlər və BMT kimi təsisatlar insanları etibarlı və dəqiq

məlumatlarla təmin etməlidirlər”.

 

BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin idarə etdiyi “Verified” təşəbbüsü üç mövzu ətrafında məlumat verəcək - həyatları xilas etmək üçün – elm, yerli və qlobal əməkdaşlığı təşviq etmək üçün – həmrəylik və təsirə məruz qalmış əhaliyə dəstək olmaq üçün – həllər.

 

Təşəbbüs həmçinin iqlim böhranının həllinə, eləcə də yoxsulluq, bərabərsizlik və aclığın səbəblərini aradan qaldırmağa yönələn bərpa proqramlarını da təşviq edəcək. Təşəbbüs, dünyadakı insanları, onların ailələri və icmalarını düzgün informasiya ilə təmin etmək üçün əsaslandırılmış məzmun paylaşmaq istiqamətində “informasiya könüllüləri” olmağa çağırır. Rəqəmsal məkanda öncül rol oynayan könüllülərə hər gün səhv məlumatı birbaşa təkzib edən ya da informasiya boşluğunu dolduran və sosial media üçün

uyğunlaşdırılmış, habelə məzmun baxımından yoxlanılmış xəbərlər göndəriləcək.

 

Qlobal Kommunikasiyalar Departamenti COVID-19-la əlaqəli nifrət və zərərli ifadələrin kökünü kəsmək üçün sosial media platformaları ilə işləyəcək, eləcə də etibarlı məzmunu yaymaq üçün BMT agentlikləri, BMT-nin ölkə üzrə idarə heyətləri, ictimai rəyə təsir gücünə malik insanlar, vətəndaş cəmiyyəti, biznes və media təşkilatları ilə tərəfdaşlıq

edəcək.

Müəllif: Ayna.az      22 May 2020 15:48
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin