Banqladeş də məşhur dərmanın istehsalına başlayıb

Banqladeş də məşhur dərmanın istehsalına başlayıb

Daha bir ölkə koronavirusun müalicəsində istifadə olunan dərman istehsal edəcək

 

Banqladeşdə yerləşən “Beximco Pharmaceuticals” dərman şirkəti də Hindistan və Pakistandan sonra koronavirusun müalicəsində istifadə olunan “Remdesivir” adlı dərmanın istehsalına başlayıb. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan ilk dəfə ABŞ-ın “Gilead” şirkəti tərəfindən hazırlanmış antiviral dərmanın ümumi bir versiyasını istehsal edən ilk şirkət olub.

 

Qeyd edək ki, “Remdesivir” ABŞ-da son zamanlarda aparılan klinik sınaqlarda sübut edilib ki, dərman ciddi COVID-19 xəstəliyi olanların sağlığının qısa müddətdə bərpasına təsir edir. “Beximco”nun sözügedən dərmanın istehsalına başlaması Cənubi Asiyanın bir çox ölkəsinə dərmanın sürətli tədarükünü təmin edəcək.

 

Müəllif: Ayna.az      22 May 2020 14:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin