Netanyahu: “Qüds İsrailin paytaxtı olaraq qalacaq”

Netanyahu: “Qüds İsrailin paytaxtı olaraq qalacaq”

“Mən bu mövqeyimi elan etməkdən məmnunam”

 

İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsün İsrail tərəfindən işğalının 53-cü ildönümünü qeyd edib. AYNA xəbər verir ki, Netanyahu Qüdsün İsrailin paytaxtı olaraq qalacağını və bölünməyəcəyini bildirib.

 

“Mən bu mövqeyimi hökumətdəki yeni tərəfdaşlarıma elan etməkdən məmnunam”, - deyə Netanyahu bildirib.

 

Qeyd edək ki, Şərqi Qüds 1967-ci ildə İsrail tərəfindən işğal edilib. 

Müəllif: Ayna.az      22 May 2020 11:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin