Atmosfer qatındakı partlayış Suriyada bir kəndi məhv edib - YENİ DƏLİL

Atmosfer qatındakı partlayış Suriyada bir kəndi məhv edib -       YENİ DƏLİL

Tədqiqat qrupu 12 min 800 il əvvəlki partlayışın təsiri yaranan ərimiş şüşə muncuqlar tapıblar

 

Bir qrup elm adamı, 12 min 800 il əvvəl atmosferdə baş verən partlayış nəticəsində Suriyanın Əbu Hüreyrə kəndinin tamamilə yox olduğuna dair dəlillər tapıb. AYNA xəbər verir ki, bu barədə “Nature” jurnalında yayımlanan məqalədə qeyd olunub.

 

Məqalayə görə, tədqiqat qrupu 12 min 800 il əvvəl “Young Drays” dövründə meydana gələn partlayışın təsiri ilə dünyaya səpələnmiş güclü alov yağışı nəticəsində yaranan ərimiş şüşə muncuqlar tapıblar. Bölgədə intensiv qazıntı işləri aparan elm adamları bütün əraziyə yayıldığı məlum olan sefraların işığında atmosferdə baş verən partlayışın təsiri ilə Əbu Hüreyrə kəndinin böyük bir hissəsinin məhv olduğu qənaətinə gəliblər.

 

Qeyd edək ki, tədqiqat qrupunda Rochester Texnologiya İnstitutundan Endryu Mur, Kaliforniya Santa Barbara Universitetindən Ceyms Kennet, Armagh Rəsədxanasından Vilyam Napier, Şimali Arizona Universitetindən Ted Bunç və James Vittke, Harvard Universitetindən Ceyms Veaver, Malkolm LeKompte, Elizabet Şəhər Dövlət Universitetindən Viktor Hertley, Paul Hakley, Alaska Fairbanks Universitetindən Qunter Kletetka, Los Alamos Milli Laboratoriyasından Robert Hermes, Oreqon Universitetindən Coşua Razink, Liverpool Universitetindən Maykl Qaultois və Komet Araşdırma Qrupundan Allen West yer alıblar. 

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      22 May 2020 10:40
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin