Dünyada koronavirusa daha 103 min yoluxma qeydə alınıb

Dünyada koronavirusa daha 103 min yoluxma qeydə alınıb

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Dünyada COVID-19-a yoluxanların sayı 4,89 milyonu ötüb.

 

AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

Ayrı-ayrı ölkələrdən alınan son rəsmi məlumatlara görə, son bir gündə COVID-19-a yeni 103 981 yoluxma qeydə alınıb, virusa yoluxmuş 4 467 pasiyent ölüb.

 

Beləliklə, dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 4 893 186 təşkil edir. Pandemiya ərzində koronavirusdan ümumilikdə 323 256 nəfər ölüb.

 

Dünyada koronavirusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 2 166 003 nəfər COVID-19 xəstəsidir.

Müəllif: Ayna.az      22 May 2020 07:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin