İraqda 140 nəfər koronavirusdan ölüb

İraqda 140 nəfər koronavirusdan ölüb

Koronavirus can almaqda davam edir 

 

İraqda koronavirusa yoluxanların sayı artıb. AYNA xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, son 24 saat ərzində 153 nəfərin COVID-19 testi müsbət nəticələnib. Ən çox yoluxma Bağdad şəhərində qeydə alınıb – 113 nəfər.

 

Eyni zamanda müalicə 2 843 xəstə sağalıb, 140 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

 

Ümumilikdə ölkə üzrə 3 877 nəfər koronavirusa yoluxub.

Müəllif: Ayna.az      22 May 2020 00:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin