Fransada COVID-19-dan ölənlərin sayı artıb

Fransada COVID-19-dan ölənlərin sayı artıb

Fransada COVID-19-dan bir gündə 83 nəfər ölüb

 

Fransada koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 28 mini ötüb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, son 24 saat ərzində müalicə alan 83 xəstə vəfat edib.

 

“Bir mart tarixindən COVID-19 səbəbindən 28 215 nəfərin həyatdan köçməsinə kədərlənirik”- kommyunikedə deyilir.

 

Qeyd olunub ki, 17 870 nəfər xəstəxanalarda, 10 345 nəfər isə qocalar evində və digər tibb müəssislərində vəfat edib.

Müəllif: Ayna.az      21 May 2020 22:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin