Polşadan 100 azərbaycanlı Bakıya gətirilib - FOTOLAR

Polşadan 100 azərbaycanlı Bakıya gətirilib -       FOTOLAR

Bütün sərnişinlər karantinə yerləşdirilib

 

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" vətəndaşlarımızın vətənə qaytarılması üçün çarter reyslərini həyata keçirməyə davam edir.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətdən AYNA-ya verilən məlumata görə, bu gün Varşavadan Bakıya 100 nəfər Azərbaycan vətəndaşının çatdırıldığı çarter reysi yerinə yetirilib.

 

Müəyyən edilmiş qaydalara uyğun olaraq Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.

 

Qeyd edək ki, bundan əvvəl bu həftədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq "AZAL" aviaşirkəti Berlindən çarter reysi həyata keçirmişdi.



Müəllif: Ayna.az      21 May 2020 21:57
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin