İlham Əliyevdən yeni icra başçılarına: “Fəaliyyətinizə nəzarət olunacaq”

İlham Əliyevdən yeni icra başçılarına:       “Fəaliyyətinizə nəzarət olunacaq”

"Elə işləməlisiniz ki, mənim tərəfimdən verilən bütün tapşırıqlar yerinə yetirilsin"

 

“Bu gün Azərbaycan yeniləşir, müasirləşir və yeni kadrlardan çox şey asılıdır. Sizin fəaliyyətinizdən çox şey asılıdır və insanların inamı, əhval-ruhiyyəsi, ədalətə inanması bir çox hallarda yerli rəhbərlərin işindən asılıdır. Siz elə işləməlisiniz ki, insanlar sizə inansınlar, sizi dəstəkləsinlər və sizin işinizdən razı olsunlar”.

 

AYNA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

 

“Bunu da bilməlisiniz ki, sizin fəaliyyətinizə diqqət göstəriləcək, nəzarət olunacaq. Elə işləməlisiniz ki, mənim tərəfimdən verilən bütün tapşırıqlar yerinə yetirilsin, Ağstafa və İmişli rayonlarının uğurlu inkişafı təmin edilsin”, - deyə İ.Əliyev vurğulayıb. 

Müəllif: Ayna.az      21 May 2020 16:56
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin