Əsas səhifə Haqqımızda Xəbər lenti

Koronavirus Ermənistanı iflic edib

Koronavirus Ermənistanı iflic edib

Vanetsyan: “Böhran əleyhinə yeni bir hökumət lazımdır”

 

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru və İnkişaf Fondunun Himayəçilər Şurasının sədri Artur Vanetsyan ölkəsində koronavirusun yayılması ilə bağlı vəziyyətdən danışıb. AYNA düşmən ölkə mətbuatına istinadən bildirir ki, Vanetsyan deyib ki, Ermənistan iflic vəziyyətdədir.

 

Onun sözlərinə görə, virusun yayılma tempi, iqtisadi və sosial gərginliyin nəzərəçarpacaq dərəcədə artması Ermənistana ciddi təhlükə yaradıb: “Humanitar fəlakətin qarşısını almaq üçün bütün bacarıqlı qüvvələri birləşdirərək, ölkəni bu çətin vəziyyətdən çıxardacaq böhran əleyhinə yeni bir hökumət lazımdır”.

 

Xatırladaq ki, bu gün Ermənistanda 335 nəfərin koronavirus infeksiyasına yoluxduğu təsdiqlənib. Ümumilikdə Ermənistanda 5606 nəfər koronavirusa yoluxub, 70 ölüm hadisəsi qeydə alınıb.

Müəllif: Ayna.az      21 May 2020 17:59
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin