Əsas səhifə Haqqımızda Xəbər lenti

Kanada pandemiyanın əlində aciz qalıb

Kanada pandemiyanın əlində aciz qalıb

“Bu cür etməklə sanki qumar oynayırıq”

 

Kanadada koronavirusdan ölənlərin sayı 6 mini ötüb. AYNA xəbər verir ki, bu barədə Kanada Federal Səhiyyə Nazirliyi açıqlama yayıb. Açıqlamada, ölənlərin sayının iki gün əvvələ nisbətən, 5 min 943-dən 6 min 366-a, ölənlərin sayının isə 80 min 142-ə yüksəldiyi bildirilib.

 

Kanada Həkimlər Birliyinin prezidenti Sandi Buçman ölkənin koronavirusun ikinci dalğasına hazır olmadığını, qoruyucu vasitələrin çatışmazlığını və test sayının yetərsiz olduğunu vurğulayıb.

 

“Bu cür etməklə sanki qumar oynayırıq. Bundan sonra nə edəcəyimizə dəqiq qərar vermək üçün kifayət qədər testlərə ehtiyacımız var. Mübarizə aparsaq da, ikinci dalğa üçün tam hazır olmadığımızı düşünürəm”-deyə Buçman əlavə edib.

Müəllif: Ayna.az      21 May 2020 11:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin