Əsas səhifə Haqqımızda Xəbər lenti

İŞİD liderinin varislərindən biri yaxalanıb

İŞİD liderinin varislərindən biri yaxalanıb

KİV Abdel Kardaşı İŞİD-in yeni başçısı adlandırır

 

İraq Milli Kəşfiyyatı İŞİD terror qruplaşmasının öldürülmüş lideri Əbu Bəkir əl-Bağdadinin mümkün varislərindən biri Abdel Nasir Kardaşın tutulduğunu bildirib.  AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə INA agentliyi məlumat yayıb.

 

"Сinayətkar Əl-Bağdadinin varisliyinə namizəd Abdel Kardaş saxlanılıb", - agentlik bildirib. Bu, silahlının təxəllüslərindən biridir.

 

KİV Abdel Kardaşı İŞİD-in yeni başçısı adlandırırdı. “Guardian” qəzetinin məlumatına görə, dəstənin banilərindən biri Əmir Məhəmməd Əbdül Rəhman əl-Maulə əl-Salbi olub.

 

Qəzetin kəşfiyyat təşkilatının iki nümayəndəsindən aldığı məlumata görə, İraq sakini Əmir əl-Salbi əl-Bağdadinin 2019-cu ilin oktyabrında zərərsizləşdirilməsindən bir neçə saat sonra İŞİD rəhbəri təyin edilib. Nəşr yazır ki, o həmçinin Hacı Abdel və Abdella Kardaş təxəllüsləri ilə məşhurdur.

Müəllif: Ayna.az      21 May 2020 03:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin