“Space”in yayımı daha üç saat dayandırılacaq

“Space”in yayımı daha üç saat dayandırılacaq

MTRŞ “Space” TV ilə bağlı qərar verib 

 

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

 

AYNA xəbər verir ki, iclasda 11-17 may tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

 

13 may 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 23:00 – 00:00 arası müddətdə 18 dəqiqə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.

 

Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 4 iyun 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

 

Qeyd edək ki, mayın 5-də MTRŞ-nin iclasında “Space” televiziya kanalının efirində 15 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 23:00-dan saat 00:00-dək) dayandırılması haqqında qərar qəbul etmişdi.

Müəllif: Ayna.az      20 May 2020 21:22
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin