Bəşəriyyətə yol açmış otuz kitab - Doqquzuncu kitab

Bəşəriyyətə yol açmış otuz kitab -     Doqquzuncu kitab

"Die Geburt Der Tragödie Aus Dem Geiste Der Musik"

 

"Musiqinin ruhundan yaranan faciə" (alm. Die Geburt der Tragödie aus dem Geiste der Musik) və ya qısa adı ilə "Fəlsəfənin doğuşu" görkəmli alman filosofu Fridrix Nitşenin (1844-1900) ən önəmli əsəridir. AYNA xəbər verir ki, bu barədə Türkiyədə yaşayan, tanınmış azərbaycanlı jurnalist İbrahim Nəbioğlu öz "Facebook" hesabında paylaşım edib. 

 

"1872-ci ildə çap olunan bu estetik traktat Nitşenin incəsənətin dualistik başlanğıcına bir baxışıdır. O, hesab edirdi ki, qədim yunanlar sənəti reallığın mənasızlığına və bədbinliyə qarşı zərdab kimi görürdülər. Nitşeyə görə yunan mədəniyyət tarixi iki estetik başlanğıc arasında mübarizədən ibarətdir.

 

Nitşe ilk dəfə olaraq yunanların mifologiya ilə bəzənmiş, parıltılı tərəfindən çıxaraq Yunanıstanın faciələrindən yazır və Avropanın taleyinə paralellər cızır. Apollonistik başlanğıc Nitşeyə görə səliqə-səhman, harmoniya və əsalət, Dionistik başlanğıcisə xaos və qarabasmadır. Qədim yunan mifologiyasında Apollon İşıq və Günəş Tanrısı, incəsənəti və muzaları himayə edəndir. Dionis isə Şərab və Bərəkət Tanrısıdır.

 

Alman filosofa görə sənəkarın daxili aləmi bu iki başlanğıcla mübarizə və çəkişmədən ibarətdir, Bunları bütün bədii əsərlərdə görmək mümkündür. Nitşenin bu əsəri XX əsrin əvvəlindəki bütün fəlsəfi, ədəbi və incəsənət cərəyanlarına olduqca böyük təsir göstərmiş, Apollon-Dionis dualizmi musiqidən ədəbiyyata, tarixdən sosiolojiyə qədər bir çox sahələrə tətbiq edilmişdir.

 

Görkəmli alimin bütün fəlsəfi irsini öyrənmək məhz "Musiqinin ruhundan yaranan faciə" traktatını mənimsəməkdən keçir".

Müəllif: Ayna.az      21 İyul 2019 04:10
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin