Messi üzr istədi

Messi üzr istədi

Argentina millisi və "Barselona"nın kapitanı Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) rəsmi şəkildə üzr istəyib. AYNA qol.az-a istinadən xəbər verir ki, bu barədə Argentinanın "La Nacion" nəşri məlumat yayıb.

 

32 yaşlı futbolçunun bəyanatının bu gün yerli futbol federasiyası tərəfindən sözügedən quruma göndərildiyi bildirilib. Üzrxahlıq mesajında federasiya nümayındələrinin izahlı şərhləri də yer alıb. Onların sözlərinə görə, Messi CONMEBOL-dakı rüşvət iddiaları haqda danışarkən rəsmi şəxsləri deyil, hakimləri nəzərdə tutub. Həmçinin federasiya hesab edir ki, Leo sözügedən məsələyə görə günahlandırılmamalıdır. Çünki o, həmin vaxt gərgin psixoloji durumda olub.

 

"La Nacion" nəşrinin iddiasına görə, CONMEBOL Messi ilə bağlı intizam işini bağlayacaq. Bu isə o deməkdir ki, forvard həm cəzadan, həm də cərimədən xilas olacaq.

 

Qeyd edək ki, qurum haqda ittihamlarına görə Messinin 2 il müddətinə millinin oyunlarından kənarlaşdırması gündəmdə idi.

Müəllif: Ayna.az      21 İyul 2019 03:28
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin