Daha bir ölkədə karantin rejimi uzadılıb

Daha bir ölkədə karantin rejimi uzadılıb

Səhiyyə sahəsində fövqəladə vəziyyət rejimi avqustun 31-dək qüvvədə qalacaq

 

Kolumbiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan ümummilli karantin rejiminin mayın 31-dək uzadılması barədə qərar qəbul edib.

 

 AYNA xarici mətbuata istinadən bildirir ki, bu barədə Prezidenti İvan Duke Boqotda çıxışı zamanı bildirib.

 

Kolumbiya lideri əlavə edib ki, səhiyyə sahəsində fövqəladə vəziyyət rejimi avqustun 31-dək qüvvədə qalacaq. Duke, həmçinin bildirib ki, ölkə nə daxili, nə də xarici aviauçuşları iyunun 30-dək bərpa etməyəcək.

 

Qeyd edək ki, Kolumbiyada koronavirusa ilk yoluxma halı martın 6-da qeydə alınıb. Mayın 19-na olan məlumata əsasən, ölkədə ümumilikdə 16 935 yoluxma, 613 ölüm halı qeydə alınıb, 4 050 nəfər sağalıb.

Müəllif: Ayna.az      20 May 2020 07:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin