Məşhur aviaşirkətə haker hücumu olub

Məşhur aviaşirkətə haker hücumu olub

Aviaşirkətin 9 milyon müştərisinə haker hücumu olub


Böyük Britaniyanın “EasyJet” aviaşirkəti məlumat bankının  kiberhücuma məruz qaldığını və bunun 9 milyon müştəriyə təsir etdiyini etiraf edib. AYNA BBC-yə istinadən xəbər verir ki, kiber hücumu nəticəsində müştərilərin internet poçt ünvanları, səyahət məlumatları, 2208 müştərinin isə elektron (kredit) informasiyaları oğurlanıb.


Şirkətin açıqlamasında bildirilir ki, hadisə ilə bağlı ölkənin İnformasiya Komissarlığına məlumat verilib.


Yanvar ayından başlayıb, aprel ayında davam edən müdaxilələrin aradan qaldırılması üçün təhlükəsizlik tədbirləri gücləndirilib.


 "Təhlükəsizlik mövzularına son dərəcə ciddi yanaşırıq və təhlükəsizlik mühitimizi daha da inkişaf etdirmək üçün investisiya qoymağa davam edirik. Hər hansı bir şəxsi məlumatın sui-istifadə edildiyinə dair heç bir sübut yoxdur, lakin səyahətlə bağlı hər hansı bir riski minimuma endirmək üçün qoruyucu addımlar barədə doqquz milyon müştəri ilə əlaqə qururuq ", - şirkət açıqlamasında deyilib.

Müəllif: Ayna.az      20 May 2020 06:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin