Fransada COVID-19 xəstələrinin sayı 143 mini keçib

Fransada COVID-19 xəstələrinin sayı 143 mini keçib

Reanimasiyada 1 894 insan müalicə edilir

 

Fransada son sutka ərzində koronavirusa daha 524 nəfər yoluxub.

 

AYNA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin "Sante Publique" Sanitar Agentliyi məlumat yayıb.

 

Qeyd edilir ki, bununla da Fransada COVID-19 xəstələrinin sayı 143 mini ötüb. 

 

Çərşənbə axşamı Fransanın səhiyyə idarəsinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib ki, xəstəxanalarda COVID-19-a yoluxmuş 18 468 nəfər müalicə edilir. Tibb müəssisələrinə son 24 saat ərzində 506 pasiyent daxil olub. 

 

"Reanimasiyada pasiyentlərin sayı azalmaqda davam edir", - Salomon qeyd edib. Məlumata görə, reanimasiyada 1 894 insan müalicə edilir. Son gün ərzində reanimasiyada pasiyentlərin ümumi miqdarı 104 nəfər azalıb.

Müəllif: Ayna.az      20 May 2020 03:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin