Daha 188 vətəndaşımız təxliyə edilib - FOTOLAR

Daha 188 vətəndaşımız təxliyə edilib -     FOTOLAR

Sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib

 

Bu gün Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Berlindən Bakıya çarter reysi yerinə yetirilib.

 

"Azərbaycan Hava Yolları" QSC-dən AYNA-ya verilən məlumata görə, həmin reyslə 188 Azərbaycan vətəndaşı çatdırılıb.

 

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

 

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.




Müəllif: Ayna.az      19 May 2020 21:54
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin