Türkiyədə koronavirus qurbanlarının sayı artıb

Türkiyədə koronavirus qurbanlarının sayı artıb

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 151 615 nəfərə çatıb. 

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. 

 

Onun sözlərinə görə, son sutkada koronavirusdan 28 nəfər ölüb. Bununla da koronavirus qurbanlarının sayı 4 199 nəfərə çatıb. 

 

Ölkədə daha 1 022 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.

 

Eyni zamanda son bir gündə 1 318 nəfər koronavirusdan sağalıb və bununla da sağalanların sayı 112 895 nəfərə çatıb. 

 

Bundan başqa, son sutka ərzində koronavirusla bağlı 25 382 test aparılıb.

Müəllif: Ayna.az      19 May 2020 20:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin