ÜST-nin fəaliyyəti araşdırılacaq

ÜST-nin fəaliyyəti araşdırılacaq

BMT-yə üzv ölkələr qurumun fəaliyyətinin araşdırılmasına qərar verib

 

ABŞ və Çin də daxil olmaqla, BMT-yə üzv olan ölkələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya ilə müstəqil mübarizəyə dair fəaliyyətinin araşdırılması təklifini təsdiqləyib. AYNA xəbər verir ki, buna görə ÜST-nin fəaliyyəti ilə bağlı tezliklə araşdırma aparılacaq.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ÜST-ni tənqid etmiş və təşkilatı Vuhanda baş verənləri bilərək gizləməkdə və Çini müdafiə etməkdə ittiham etmişdi. Təşkilat bütün iddiaları rədd etsə də, rəsmi Vaşinqton təşkilata maliyyə yardımını dayandırmışdı.

Müəllif: Ayna.az      19 May 2020 19:04
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin