Ukraynada karantin müddəti uzadılır

Ukraynada karantin müddəti uzadılır

Ola bilər ki, karantin nəzərdə tutulandan erkən bitsin

 

Ukraynada koronavirusla əlaqədar xüsusi karantin müddətinin iyunun 22-nə qədər uzadılması planlaşdırılır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə nazirinin müavini, baş sanitar həkim Viktor Lyaşko deyib.

 

 O, karantin müddətinin erkən ləğv edilə biləcəyini də diqqətə çatdırıb: “Biz karantin rejimini iyunun 22-dək uzadacağıq. Ola bilər ki, karantin nəzərdə tutduğumuzdan erkən bitsin. Hər şey epidemioloji vəziyyətdən asılı olacaq”.

Müəllif: Ayna.az      19 May 2020 16:21
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin