Gülçülük lideri Keniya təsərrüfatları açdı

Gülçülük lideri Keniya təsərrüfatları açdı

Gül təsərrüfatlarının açılması ilə minlərlə işçi fəaliyyətini bərpa edib

 

Dünyanın gülçülük üzrə dördüncü ixracatçısı olan Keniyada çiçək təsərrüfatları yenidən açılıb. AYNA xarici mediaya əsasən xəbər verir ki, karantinin yumşaldılmasından sonra gül təsərrüfatlarının açılması minlərlə işçinin yenidən fəaliyyətini davam etdirməsinə imkan verib.

 

Qeyd edək ki,  Keniya gül-çiçək təsərrüfatlarında 2 milyonadək insan işləyir, çiçək ixracı ölkənin ən böyük valyuta mübadiləsnə xidmət edən sahəsidir. Gülçülük təsərrüfatına görə ölkə hər il 1 milyard dollar qazanır. COVID-19 səbəbindən xüsusən Avropada tətbiq edilən karantin rejimi gülçülük təsərrüfatlarına zərbəsini vurub.

 

Qeyd edək ki, ölkədə karantinin qaydaları hələ də 21 gün də uzadılıb. Ölkədə virusa yoluxma sayı 915 nəfərdir.

Müəllif: Ayna.az      19 May 2020 15:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin