"Azəriqaz" məhkəməyə verildi

"Azəriqaz" məhkəməyə verildi

Gənclər və İdman Nazirliyinin balansında olan "Ağcabədi Olimpiya İdman Kompleksi" özünün qaz borcuna görə məhkəməyə müraciət edib. AYNA qafqazinfo-ya istinadən xəbər verir ki, bu qurum Şirvan İnzibati İqtisad Məhkəməsinə üz tutaraq "Azəriqaz" İstehsalat Birliyinə qarşı iddia qaldırıb.

 

"Ağcabədi Olimpiya İdman Kompleksi" qanunsuz hesablanmış fevral ayında 21000 kub.m, mart ayında 29320 kub.m, cəmi 50320 kub.m mavi yanacağın sərf olunması və nəticədə, cəmi 10063,95 manat hesablanmış borc məbləğinin etibarsız hesab olunması və bu məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

Müəllif: Ayna.az      20 İyul 2019 23:57
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin