“Paşinyanın Rəsulzadə haqqında dedikləri sayıqlamadır”

“Paşinyanın Rəsulzadə haqqında dedikləri sayıqlamadır”

Vitse-spiker: “Adətən, adam güclü zərbə alanda sayıqlayır”

 

Milli Məclisin bu gün keçirilən iclasında, Ermənistan siyasi dairələrində və mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barədə deyilənlərə münasibət bildirilib. AYNA xəbər verir ki, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib ki, bu, təxribatdır:

 

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Rəsulzadəni faşist Almaniyası ilə əməkdaşlıqda ittiham etməsi sayıqlamadan başqa bir şey deyil. Bu sayıqlama haradan qaynaqlanır? Adətən, adam güclü zərbə alanda sayıqlayır”.

 

Vitse-spiker qeyd edib ki, Paşinyan güclü zərbə alıb: “Babasının faşistlərə xidmət etdiyi, xain olduğu üzə çıxdı. İndi onun təsirləridir ki, AXC qurucusu haqqında sayıqlayır”.

Müəllif: Ayna.az      19 May 2020 14:31
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin