Türkiyənin aldığı raketləri istehsal edən zavod sahibi həbs olundu

Türkiyənin aldığı raketləri istehsal edən zavod sahibi həbs olundu

Rusiyanın Nijnıy Novqorod şəhərində "VIP-Stroyinjinirinq" şirkətinin rəhbəri Sergey Deqtyarev həbs olunub. AYNA qafqazinfo-ya istinadən xəbər verir ki, o, "Nijeqorodskiy zavod- Qələbənin 70 illiyi" zavodunun tikintisi zamanı geniş miqyaslı fırıldaqçılıq əməli törətməkdə ittiham edilir. Burada "S-400" və "S-500" hava hücumundan müdafiə sistemlərinin elementləri istehsal edilir.

 

S. Deqtyarev 8 sentyabra qədər penitensiar müəssisəsində saxlanılacaq. Qeyd olunur ki, "VIP-Stroyinjinirinq" 2013-cü ilin oktyabrında "Nijeqorodskiy zavod- Qələbənin 70 illiyi" zavodunun tikintisi ilə bağlı tenderdə qalib olub. Müqavilənin dəyəri 2 milyard rubldan çox olub.

 

Nəşr yazır ki, müqavilə şərtlərinə əməl edilməyib. Belə ki, zavod 2016-cı ildə "S-400" zenir-raket sistemləri, "Nebo-M" və "Niobiy" radar komplekslərini istehsal edib.  Bundan öncə Deqtyarev 2015-ci ildə Şərqi Kosmodromun tikintisi zamanı 1,3 milyard rubl dəyərində vəsaiti mənimsədiyinə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra, məhkəmə sahibkarın hərəkətlərini biznesdə saxtakarlıq kimi qiymətləndirib və həbs cəzasını yarıya endirib. O, 2019-cu ilin aprelində azadlığa çıxıb.

Müəllif: Ayna.az      20 İyul 2019 22:16
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin