Karantini pozan futbolçu 60 min avro cərimələndi

Karantini pozan futbolçu 60 min avro cərimələndi

Bu, “Selta”nın tarixində ən yüksək məbləğli cəza olub

 

İspaniyanın "Selta" futbol klubu karantin şərtlərini pozan danimarkalı yarımmüdafiəçisi Pione Sistonu cərimələyib. Bu barədə AYNA xarici KİV-ə istinadən xəbər verir.  

 

Cərimə 60 min avro təşkil edib ki, bu, “Selta”nın tarixində ən yüksək məbləğli cəza olub. 25 yaşlı oyunçuya qarşı sanksiyalar koronavirus pandemiyası zamanı, klubun icazəsi olmadan öz maşınında Kopenhagen şəhərinə getməsi səbəbindən tətbiq olunub.

 

Qeyd edək ki, Sisto “Selta”ya Danimarkanın “Midtyullan”ından keçib. Transfer 2016-cı ilin yayında baş tutub.

Müəllif: Ayna.az      18 May 2020 05:09
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin