“Bavariya” səfərdə qələbə qazanıb

“Bavariya” səfərdə qələbə qazanıb

Kölndə isə 4 qol vurulub

 

Almaniya Bundesliqasında XXVI turun oyunları dünən davam edib. AYNA Apasport.az-a istinadən bildirir ki, turun ikinci günündə iki qarşılaşma baş tutub.

 

“Köln” – “Mayns” görüşü daha məhsuldar alınıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

 

Son çempion və lider “Bavariya” Berlində “Union”un qonağı olub. Robert Levandovski və Bencamin Pavarin qolları münhenlilərə 3 xal qazandırıb.

 

Qeyd edək ki, tura bu gün yekun vurulacaq.

 

Almaniya Bundesliqası

XXVI tur

17 may

 

17:30. “Köln” – “Mayns” – 2:2

Ut, 6 (pen.), Kayns, 53 – Avoniyi, 61, Kunde, 72

 

20:00. “Union” – “Bavariya” – 0:2

Levandovski, 40 (pen.), Pavar, 81

Müəllif: Ayna.az      18 May 2020 01:16
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin