Türkiyədə və İraqda 5 PKK-çı məhv edilib

Türkiyədə və İraqda 5 PKK-çı məhv edilib

Hazırda İraqın şimalında 134 PKK terrorçusu məskunlaşıb

 

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Siirt vilayətinin Eruh rayonu ərazisində PKK terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı keçirilib. AYNA qardaş ölkə mətbuatına istinadən bildirir ki, Gabar ərazisində keçirilən bu əməliyyatda 3 PKK üzvü zərərsizləşdirilib.

 

Başqa bir məlumat görə, Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Avaşin-Basyan bölgəsindəki PKK düşərgələrinə dəqiq zərbələr endiriblər. Nəticədə 2 terrorçu məhv edilib.

 

Hökumət rəsmilərinin açıqlamalarına görə, hazırda İraqın şimalında 134 PKK terrorçusu məskunlaşıb. Onların yerləşdikləri məkanların müəyyənləşdirilməsi üçün pilotsuz kəşfiyyat aparatlarından da istifadə olunur.

Müəllif: Ayna.az      17 May 2020 17:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin