İranda koronavirus daha 51 nəfərin həyatına son qoyub

İranda koronavirus daha 51 nəfərin həyatına son qoyub

İndiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 120 min 198 nəfərə çatıb

 

İranda son sutka ərzində COVID-19-dan 51 nəfər vəfat edib. AYNA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, bununla da qonşu ölkədə koronavirusdan ölənlərin sayı 6 min 988 nəfərə çatıb.

 

İranda son sutka ərzində koronavirusa 1806 yoluxma halı qeydə alınıb. İndiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 120 min 198 nəfərə çatıb. İndiyədək xəstəlikdən 94 min 464 nəfər sağalıb.

Müəllif: Ayna.az      17 May 2020 17:02
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin