Gürcüstanda koronavirusa yoluxmada artım var

Gürcüstanda koronavirusa yoluxmada artım var

Son sutka ərzində qonşu ölkədə 12 nəfər virusa yoluxub

 

Son sutka ərzində Gürcüstanda daha 12 nəfər koronavirusa yoluxub. AYNA xarici mətbuata istinadən bildirir ki, bu barədə Gürcüstan hökuməti məlumat açıqlayıb.

 

Bununla da Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 695 nəfərə çatıb. Qeyd olunub ki, indiyədək ölkədə COVID-19 virus infeksiyasından 425 nəfər sağalıb, 12 nəfər isə vəfat edib.

 

Hazırda Gürcüstanda 3822 nəfər karantində, 360 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Müəllif: Ayna.az      17 May 2020 14:23
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin