Çinin İsraildəki səfirinin evində meyiti tapılıb

Çinin İsraildəki səfirinin evində meyiti tapılıb

Çin səfirliyi isə diplomatın ölümünü təsdiq etməyib

 

Çinin İsraildəki səfiri Du Veyinin evində meyiti tapılıb.  AYNA xarici mətbuata istinadən bildirir ki, elçinin ölüm xəbərini İsrailin Xarici İşlər Nazirliyi təsdiqləyib. 

 

Çin səfirliyi isə diplomatın ölümünü təsdiq etməyib. Polisin onun evində axtarış apardığı qeyd edilib. Hələlik səfirin hansı səbəbdən öldüyü haqqında səhih məlumat yoxdur.

 

Qeyd edək ki, Du Vey bundan əvvəl Çinin Ukraynadakı elçisi olub. O, bu ilin yanvar ayında İsrailə səfir təyinatı alıb.

 

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      17 May 2020 13:08
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin