“Eurovision” barədə son qərar verilib

“Eurovision” barədə son qərar verilib

Müsabiqə 2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində keçiriləcək

 

Avropa Yayım Birliyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin 2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində baş tutacağını təsdiqləyib. AYNA xəbər verir ki, bu barədə ötən gecə “İctimai Televiziya”nın canlı efirində yayımlanan “Europe Shine A Light” möhtəşəm mahnı şousu zamanı xəbər verilib.

 

Daha sonra yayımçılar “Eurovision Mahnı Müsabiqəsi. Rotterdam - 2021” loqotipi ilə gələn ilin videoçarxını nümayiş etdiriblər.

 

Qeyd edək ki, “Avroviziya 2020”nin martın 18-də koronavirus pandemiyası səbəbindən ləğv olunduğu elan edilib. Müsabiqə 12-16 may tarixində Rotterdamda keçirilməli idi.

 

Bir neçə həftədən sonra təşkilatçılar iştirakçı ölkələrin istədikləri qaydada 2021-ci ildə keçiriləcək müsabiqədəki nümayəndələrini dəyişə və ya saxlaya bildikləri haqda məlumat veriblər. Belə olan halda isə onlar artıq yeni kompozisiyalarla çıxış edəcəklər.

 

Müəllif: Ayna.az      17 May 2020 12:45
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin