Rusiya futbolunda koronavirusa ilk yoluxma

Rusiya futbolunda koronavirusa ilk yoluxma

Farfan Rusiya Premyer Liqasında koronavirusa yoluxan ilk futbolçudur

 

Rusiya "Lokomotiv"inin futbolçusu Cefferson Farfan koronavirusa yoluxub.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, bu barədə TASS-a Moskva təmsilçisinin direktorlar şurasının sədri Anatoli Meşeryakov açıqlama verib. O, perulu hücumçunun testinin müsbət nəticələndiyini və həkim məsləhətləri əsasında müalicə olunacağını bildirib.

 

Farfan Rusiya Premyer Liqasında koronavirusa yoluxan ilk futbolçudur. "Lokomotiv"də 2017-ci ildən çıxış edən 35 yaşlı oyunçu Rusiya çempionluğu və iki dəfə ölkə kubokunu qazanıb. Pandemiya başladıqdan sonra o, heç yerə getməyib.

 

Qeyd edək ki, ötən gün Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.

Müəllif: Ayna.az      17 May 2020 00:29
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin