Dünyada koronavirusdan ölənlərin sayı 310 mini ötüb

Dünyada koronavirusdan ölənlərin sayı 310 mini ötüb

Koronavirus qurbanlarının sayı artmaqda davam edir 

 

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 4 672 159 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, indiyədək COVID-19 diaqnozu qoyulan 310 065 nəfər dünyasını dəyişib, müalicə alan 1 780 403 nəfər sağalıb.

 

Xəstəxanaya yerləşdirilən 44 984 pasiyentin vəziyyəti ağırdır.

 

Ən çox yoluxma halları ABŞ (1 489 419), İspaniya (276 505) və Rusiyada (272 043) qeydə alınıb.

 

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 146 457 nəfər yoluxub, 4 055 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı 118 392-dir. Son məlumata görə, bu ölkədə 6 937 nəfər pandemiyanın qurbanı olub.

Müəllif: Ayna.az      16 May 2020 20:55
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin