Türkiyə qaçqınları geri qaytarır

Türkiyə qaçqınları geri qaytarır

Türkiyənin İstanbul şəhərində qeyri-qanuni yaşayan qaçqınlar gəldikləri ölkələrə geri qaytarılırlar. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul şəhəri başda olmaqla bir çox bölgələrdə məskunlaşan qaçqın şəxslər deportasiya olunmağa başlayıb.

 

Əsasən Suriyalı qaçqınları əhatə edən deportasiya işləri AKP-nin İstanbul Bələdiyyə seçkilərində məğlub olması ilə əlaqələndirilir. Ekspertlər güman edirlər ki, illərdir ölkəyə gələn Suriyalı axını xalqın mövcud hakimiyyətə aqresiyasına səbəb olub.

 

Ölkənin Miqrasiya İdarəsindən bilidrilib ki, ölkədə yaşayan Suriyalıların 90 faizi qeydiyyatlı qaçqın statusu almış şəxslərdir. Lakin onlar qeydiyyata düşdükləri şəhər və bölgələrdə yaşamalı olduqları halda müxtəlif səbəblərdən bu əraziləri tərk edərək başqa bölgələrə köç ediblər.

 

Qeyd edək ki, hazırda qeydiyyat ünvanında yaşamayan,  rəsmi icazəsi olmadan işləyən, cinayət törədən qaçqınlar polis tərəfindən müəyyənləşdirilərək ölkələrinə qaytarılır.

 

Müəllif: Ayna.az      21 İyul 2019 00:48
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin