Avropanın daha bir ölkəsində çempionat ləğv olunub

Avropanın daha bir ölkəsində çempionat ləğv olunub

Çempion və kubokun qalibi elan olunmayıb

 

Futbol üzrə Kipr çempionatında 2019/2020 mövsümü bərpa olunmayacaq.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, bununla bağlı qərar klubların nümayəndələri ilə bugünkü iclasda qəbul edilib.

 

Qərara əsasən, çempion və kubokun qalibi elan olunmayıb. Avrokubok iştirakçıları isə turnir cədvəlindəki hazırkı sıralama ilə müəyyənləşib. 43 xalla ilk pillədə yer alan "Omoniya" Kipri Çempionlar Liqasında, "Anortosis", APOEL və "Apollon" isə Avropa Liqasında təmsil edəcək.

 

Qeyd edək ki, Avropada daha əvvəl Niderland, Belçika və Fransa çempionatlarında cari mövsüm ləğv olunub.

Müəllif: Ayna.az      16 May 2020 03:54
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin