Əsas səhifə Haqqımızda Xəbər lenti

Karantin bitsə də, testlər davam edəcək

Karantin bitsə də, testlər davam edəcək

Ramin Bayramlı: “İndiyədək ölkədə 220 min test edilib”

 

“Koronavirusla bağlı testlərin aparılması karantinin ləğvindən sonra da davam edəcək. Gündəlik 4000 sayda test optimal hesab edilir”.

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

 

Onun sözlərinə görə, indiyədək ölkədə 220 min test edilib: “Bu testlər ölkəyə gələn, simptomları üzrə testə cəl olunan, eləcə də həkim, tibb personalı üçün edilib. Sağalmış xəstələrin vəziyyəti ilə bağlı sereloji təhlillərimiz də davam edəcək. Bu, test siyasətinin bir hissəsidir”.

Müəllif: Ayna.az      15 May 2020 17:58
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin