Pandemiyaya görə dünya iqtisadiyyatının itirəcəyi məbləğ – PROQNOZ

Pandemiyaya görə dünya iqtisadiyyatının itirəcəyi məbləğ –       PROQNOZ

Virus səbəbindən 5,8 trilyon dollardan 8,8 trilyon dollara qədər itki verə bilər

 

Koronavirus pandemiyasına görə, bu il dünya iqtisadiyyatının itirə biləcəyi məbləğ proqnozlaşdırılıb. AYNA xarici KİV-ə istinadən bildirir ki, dünyanın iqtisadiyyatı virus səbəbindən 5,8 trilyon dollardan 8,8 trilyon dollara qədər itki verə bilər.

 

Bu proqnoz mənzil-qərargahı Manilada yerləşən Asiya İnkişaf Bankının məruzəsində öz əksini tapıb. Sənəddə qeyd olunub ki, yeni koronavirus infeksiyasının səbəb olduğu COVID-19 pandemiyası nəticəsində dünya iqtisadiyyatı 5,8 trilyon dollardan 8,8 trilyon dollara qədər itkiyə məruz qala bilər ki, bu da qlobal ümumdaxili məhsulun 6,4-9,7 faizinə bərabərdir.

 

Ekspertlər bildirib ki, hesablanan 8,8 trilyon dollarlıq itkilər pandemiya ilə uzun müddətli mübarizə və məhdudiyyətlərin yarımil saxlanılması ssenarisinə əsaslanır. İqtisadi aktivlik üç ay ərzində bərpa olunsa, itkilər 5,8 trilyon dollar təşkil edəcək.

 

Asiya-Sakit Okean regionunun iqtisadi itkiləri 1,7 trilyon dollardan (üç aylıq ssenari zamanı) 2,5 trilyon dollara (yarımillik dövr) qədər dəyişə bilər.

 

Qeyd edək ki, Asiya İnkişaf Bankı bundan öncə aprelin 3-də dərc etdiyi məruzəsində pandemiya səbəbindən dünya iqtisadiyyatının zərərlərini 2 trilyon dollardan 4,1 trilyon dollara qədər proqnozlaşdırmışdı.

Müəllif: Ayna.az      15 May 2020 13:04
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin