Əsas səhifə Haqqımızda Xəbər lenti

Dörd yüz manata bir ay yaşamaq – AXI NİYƏ?!

Dörd yüz manata bir ay yaşamaq –             AXI NİYƏ?!

Niyə tərəfsizlik, hörmət-rüşvət almamaq kimi prinsiplərə əməl edən jurnalistlər pis yaşamalı, maaşdan-maaşa zorla keçinməlidirlər?

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Bu gün Azərbaycan milli mətbuatının yarandığı gündür. Qərara gəldim ki, bu gün “Zərdabi sağ olsaydı...”, “Yaşadığı kəndə qoyulan qara daş...” tipli ədəbi-melanxolik girişlərsiz başlayım yazıya. Necə deyərlər, ilin 364 gününü özgələrdən yazırıq, bir gün də özümüzün içində qaynadığımız qazandan yazaq.

Müəllif: Yoldaş Mircəfər      22 İyul 2019 10:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
15 İyun
22:57
Fəxri xiyabanlar haqda maraqlı faktlar: Çoxu düşünür ki, Bakıda iki belə məkan var...
15 İyun
21:30
İlham Əliyev: "Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik"
15 İyun
19:45
Kremlin qonşulara qarşı fərqli işğal metodları – Birbaşa və dolayı yolla
15 İyun
18:50
Ərdoğan: "Verdiyimiz sözü yerinə yetirdik"
15 İyun
18:18
"Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırır"
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin