FHN Masallıdakı qəza ilə bağlı məlumat yayıb

FHN Masallıdakı qəza ilə bağlı məlumat yayıb

Masallıda yanğınla nəticələnən yol qəzası olub

 

Masallı rayonunun Çaxırlı kəndi ərazisində “KamAZ” və “QAZ” markalı iki yük avtomobili toqquşub.

 

AYNA FHN-ə istinadən xəbər verir ki, nəticədə “QAZ” markalı yük avtomobilinin kabinə hissəsi yanıb.

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “QAZ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1971-ci il təvəllüdlü Soltanov İsa Soltan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      15 May 2020 03:05
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin